Logo

BANM-in üç komandası beynəlxalq startap yarışında qalib olub - FOTO

12.02.2024 16:31 177 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 3 startap komandası Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), Soongsil Universiteti, Koreya İnkişaf İnstitutu (KDS) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İDDA) dəstəyi ilə həyata keçirilən “Startup Acceleration Program”da (SAP) qalib olub.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

BANM qalib olan startap sayına görə ölkə universitetləri arasında birinci yerdədir. Komandalardan 2-si biznesin idarə edilməsi, 1-i isə kimya mühəndisliyi ixtisasının tələbələridir.

Xəbər lenti