Logo

Nyu-Yorkun məşhur "Carnegie Hall" konsert mərkəzində Azərbaycan musiqisi səslənib

12.02.2024 22:27 356 baxış
IMG

ABŞ-də fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, Azərbaycanın əməkdar artisti, professor, tanınmış pianoçu Nərgiz Əliyarovanın Nyu-Yorkda yerləşən dünyaca məşhur "Carnegie Hall" konsert mərkəzində solo konserti keçirilib.

Tehsil.biz xəbr verir ki, konsert dünya şöhrətli bəstəkar Arif Məlikovun 90 illik yubileyinə həsr olunub və gecədə bəstəkarın əsərləri səslənib.

N.Əliyarova konsertdə bəstəkarın "Məhəbbət əfsanəsi" baletindən fortepiano üçün işlənmiş parçaları ifa edərkən baletin süjet xətti haqqında da ətraflı məlumat verib.

Gecədə Arif Məlikovun əsərləri ilə yanaşı, Bethovenin, Şopenin, Debüssinin əsərləri də ifa edilib və bu əsərlər tədbirə xüsusi rəng qatıb.

Amerikalı sənətsevərlər konsert proqramını heyranlıqla izləyib, pianoçunu ayaqda alqışlayıblar.

Xəbər lenti