Logo

“Dövlət qulluğuna qəbul-nəzəri və praktiki məsələlər” mövzusunda təlim təşkil edilib

13.02.2024 10:36 276 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Rüfət Ağayev tərəfindən “Dövlət qulluğuna qəbul – nəzəri və praktiki məsələlər” mövzusunda təlim keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimdə İqtisadiyyat Nazirliyinin əməkdaşları iştirak edib.

Təlim zamanı iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyaları və vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib və praktiki tapşırıqlar yerinə yetirilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti