Bakı Şəhəri üzrə Təhsil İdarəsi ailəsi ilə birgə qətlə yetirilən 59 nömrəli tam orta məktəbin direktoru Əhmədova Pikə ilə bağlı məlumat yayıb.
Tehsil.biz xəbər verir ki, məlumatda qeyd olunub:
“BŞTİ-nin kollektivi məktəb direktorunun faciəli vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına və məktəbin müəllim-şagird kollektivinə dərin hüznlə başsağlığı verir”.
Qeyd edək ki, hadisə saat 16:30 radələrində paytaxtın Xətai rayonunda baş verib. Belə ki, 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu kəsici alətlə qətlə yetirilib. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.