Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
Tehsil.biz xəbər verir ki, imtahanların nəticələrinə görə, ən yüksək bal toplayan tələbə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi olub.
Belə ki, ADNSU-nun İnformasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbəsi Gültən Məhərrəmli 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarda 93 bal toplayaraq respublika birincisi olub.