Logo

Beynəlxalq rus dili imtahanı ilə əlaqədar DİM tərəfindən növbəti seminar təşkil edilib

06.04.2021 17:17 332 baxış
IMG

"ТРКИ - Rus dili imtahanlarına necə hazırlaşmalı" adlı seminar DİM və Sankt-Peterburq Dövlət Universitetinin (SPDU) birgə təşkilatçılığı ilə 2021-ci il 5 aprel tarixində keçirilib.

 

Seminarın məqsədi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən beynəlxalq ТРКИ (Rus dili xarici dil kimi) imtahanlarına hazırlıq barədə ictimaiyyəti məlumatlandırmaq olub. Seminarın spikeri olan SPDU-nun Test Mərkəzinin rus dili üzrə mütəxəssisi Nadejda Dubinina təqdimatında test tapşırıqlarının strukturu, tədris vəsaitləri, rus dilini öyrənmək üçün əlavə materialların seçilməsinə dair tövsiyələr, həmçinin müəllim və tələbələrin istifadə edə biləcəyi yararlı internet resursları kimi mövzulara toxunub.

 

Tədbir onlayn qaydada (Zoom vasitəsilə) rus dilində təşkil olunub. Tədbirdə rus dilini tədris edən 52 müəllim və rus dilini öyrənmək, bacarıqlarını qiymətləndirmək istəyən şəxslər iştirak ediblər.

 

Seminar iştirakçıların ТРКИ imtahanlarına dair suallarının cavablandırılması ilə yekunlaşıb.

 

Rus dili xarici dil kimi fənni üzrə biliklərini təkmiləşdirmək istəyənlər üçün faydalı materiallar verilmiş keçidlərdə təqdim olunur:

 

 

Xatırladaq ki, ТРКИ rus dilini bilmə səviyyəsini müəyyən etmək üçün keçirilən beynəlxalq imtahandır. Bu imtahan dünyada TORFL (Test of Russian as a Foreign Language) kimi tanınır. DİM-də keçirilən ТРКИ imtahanları ilə ətraflı məlumatla verilmiş keçiddən tanış olmaq mümkündür: http://dim.gov.az/activities/exams/beyn-lxalq-rus-dili-imtahanlar/

Xəbər lenti