Gəncə Dövlət Universitetində (GDU) fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlarla görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə universitetdə təhsil alan doktorantlar üçün yaradılan şəraitdən danışıb. Qeyd edib ki, hazırda universitetdə fəlsəfə doktoru proqramı üzrə 29 doktorant təhsil alır. Doktorantların tədqiqat fəaliyyəti ilə yaxından tanışlıq məqsədilə ənənəvi olaraq hər il doktorantların hesabatları götürülür və dinlənilir.
Görüşdə elmi işlərin hazırlanması, araşdırmaların aparılması, məqalələrin hazırlanması və çap olunması ilə bağlı müzakirələr aparılıb. Doktorantlar dissertasiya işləri barədə məlumat verərək, onları narahat edən məsələləri diqqətə çatdırıblar. Mövcud problemlərin həll olunması istiqamətində fikir mübadiləsi aparılıb və tövsiyələr verilib.
Qarşılıqlı diskussiya şəraitində davam edən görüşdə doktorantları maraqlandıran suallar ətraflı cavablandırılıb.