Logo

Tarix Muzeyinin materialları əsasında Qazaxıstan-Azərbaycan əlaqələri haqqında kataloq hazırlanacaq

14.02.2024 13:56 303 baxış
IMG

Qazaxıstan-Azərbaycan tarixi əlaqələrini birləşdirən numizmatik materiallar əsasında kataloqun hazırlanması məqsədilə Qazaxıstan Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşı Adilet Sagimbayev Milli Azərbaycan Tarixi Muzeyində olub.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Muzeyin Numizmatika fondunun əməkdaşları Aygün Məmmədova və baş mütəxəssis Gülnar İsmayılova tərəfindən fondda qorunan Çingizilər, Cəlairilər, Qızıl Orda, Cuçilər dövrünün sikkələri əyani şəkildə göstərilərək onlar haqqında ətraflı məlumat verilib.

Eyni zamanda, həmin sikkələrin fondda rəqəmsallaşması və müasir dövrdə təbliği ilə bağlı görülən işlərdən söhbət açılıb.

Xəbər lenti