Logo

BANM və Neftçi Geoloqları Cəmiyyətinin əməkdaşlıq imkanları müzakirə olunub

14.02.2024 14:08 451 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımov ilə Neftçi Geoloqları Cəmiyyəti İctimai Birliyinin sədri Elmir Qaragözov və sədr müavini Elvin Əhmədovun görüşü olub.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Əməkdaşlıq imkanları barədə fikir mübadiləsinin aparıldığı görüşdə əlaqələrin genişləndirilməsi üçün BANM-də Neftçi Geoloqları Cəmiyyəti bölməsinin yaradılması təklif edilib və təklif müsbət qarşılanıb.

Eyni zamanda, Neftçi Geoloqları Cəmiyyəti tərəfindən BANM-in rektoru Elmar Qasımova “Cəmiyyətin dostu” şəhadətnaməsi təqdim olunub.

1993-cü ildən fəaliyyət göstərən Neftçi Geoloqları Cəmiyyətinin əsas hədəfi gənc geoloq və mütəxəssislərin, həmçinin neft geologiyası elminin inkişafına xidmət göstərməkdir.

Xəbər lenti