Logo

Respublika Uşaq Kitabxanasının əməkdaşları uşaq evini ziyarət ediblər - FOTO

14.02.2024 16:12 340 baxış
IMG

Fevralın 14-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyinin (AKMP) dəstəyi ilə 1 saylı Uşaq evi ziyarət olunub.

Tehsil.biz xəbər verir ki, kitabxananın bir qrup əməkdaşı və uşaq yazarı Sevinc Nuruqızının təşkilatçılığı ilə keçirilən görüş “Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə təyin olunub.

Tədbirdə uşaq evinin balaca sakinlərinin əl işləri, rəsmləri və sənətkarlıq işləri ilə yaxından tanışlıq olub və uşaqların təqdimatında hazırlanmış rəqslər maraqla qarşılanıb.

Görüşün sonunda Respublika Uşaq Kitabxanası və AKMP İctimai Birliyi adından uşaqlara müxtəlif yaş qruplarına dair 275 nüsxə kitab və “Göyqurşağı” uşaq jurnalı hədiyyə edilib.

Xəbər lenti