Böyük Britaniyanın Lesterşir qraflığında yol tikintisi zamanı 12 min il əvvələ aid tarixi əşyalar aşkarlanıb.
Tehsil.biz BBC telekanalına istinadən xəbər verir ki, Arxeoloji Tədqiqatlar Xidmətinin alimləri hazırda Şimal və Şərqi “Melton Mowbray Distribyutor” yolunda aparılan tikinti işlər zamanı aşkarlanan əşyaları tədqiq edirlər.
Mezolit dövrünə aid tapıntılar həmin ərazilərdə ovçu icmalarının yaşadığını, Dəmir dövrünə aid saxsı qablar, heyvan sümükləri və yanmış daşlar da daxil olmaqla, bir sıra əkinçi alətləri ərazidəki vadilərin və çayların yaxınlığında kənd təsərrüfatı sahələrinin olduğunu göstərir.
Eyni zamanda, qədim çay kanalında aşkarlanan çaxmaq daşından hazırlanmış əşyalar onun maral ovlamaq üçün bir vasitə olduğunu sübut edir.