Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlının vəziyyəti ağırdır.
Tehsil.biz xəbər verir ki, nasir ötən gündən xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Xalq yazıçısı M.Süleymanlı beyininə qan sızma (insult) diaqnozu ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır stabildir.