Logo

QMİ sədri KAICIID Direktorlar Şurasının növbəti tədbirində iştirak edəcək

17.02.2024 13:24 202 baxış
IMG

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 19-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə səfərə yola düşür.

QMİ-nin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, səfərdə məqsəd “Sülh quruculuğu və müxtəliflik üçün mediada körpülərin qurulması və strateji tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli panel müzakirədə iştirak etməkdir.

Media Siyasəti Forumu Layihəsinin mühüm tərkib hissəsi olan bu tədbir fevralın 19-21-də Ər-Riyadda KAICIID Beynəlxalq Dialoq Mərkəzinin təşkilatçılığı və Səudiyyə Media Forumu ilə əməkdaşlıq çərçivəsində keçiriləcək.

KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü olan şeyxülislam Allahşükür Paşazadə tədbirin dinlərarası və mədəniyyətlərarası dialoqu və anlaşmanı fəal şəkildə təşviq edən, nifrət nitqinin qarşısını alan təşəbbüslərdə liderlik məqsədi daşıyan panel müzakirəsinin açılışında çıxış edəcək. Yüksək səviyyəli panel müzakirədə media nümayəndələri, siyasətçilər və dini liderlər arasında sülh quruculuğunda, media məkanında müxtəlifliyin təşviqində strateji tərəfdaşlıq əlaqələrinin əhəmiyyəti vurğulanacaq.

Xəbər lenti