Logo

“Başqa silahlar və digər siyasi hekayələr” adlı kitabın təqdimatı olub

17.02.2024 13:48 154 baxış
IMG

Fevralın 16-da Bakı Kitab Mərkəzində argentinalı müəllif Luiza Valenzuelanın “Başqa silahlar və digər siyasi hekayələr" adlı Azərbaycan dilinə tərcümə olunmuş kitabın təqdimat mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Argentinanın ölkəmizdəki səfiri xanım Marianxeles Belluşinin iştirakçılara kitab haqqında məlumat verib. “Argentinada hərbi diktaturanın ilk illərində yazılmış bu əsərdə işgəncə, repressiya və onların fərdlərin həyatına təsirindən, eləcə də Bella və Pedronun sevgi hekayəsindən bəhs olunur”, - deyə səfir bildirib.

Kitabın tərcüməçisi Aytən Əliyeva qeyd edib ki, artıq ikinci dəfədir argentinalı müəllifin əsərini tərcümə etməyi öz öhdəsinə götürür.

Daha sonra çıxış edənlər kitab haqqında fikirlərini bölüşərək əsərin Azərbaycan dilinə tərcümə edilməsinin gözəl bir addım olduğunu vurğulayıblar.

Sonda müəllifin kitab haqqında təəssüratlarından ibarət videoçarx nümayiş etdirilib.

Xəbər lenti