Logo

“SOCAR Könüllüləri” qrupunun üzvləri üçün “SOCAR Polymer”ə tur təşkil edilib - FOTO

18.02.2024 12:37 154 baxış
IMG

“SOCAR Könüllüləri” qrupunun üzvləri üçün “SOCAR Polymer” şirkətinin yüksək sıxlıqlı polietilen zavodunun açılışının 5-ci ildönümü münasibətilə tur təşkil edilib.

SOCAR-dan "Tehsil.biz"ə bildirilib ki, tur çərçivəsində könüllülərə ilk öncə ölkəmizin neft-kimya sənayesi, “SOCAR Polymer” şirkəti, o cümlədən yüksək sıxlıqlı polietilen zavodunun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonra könüllülər zavodun idarəetmə otağı, laboratoriya, qablaşdırma və anbar bölmələri ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2019-cu il fevralın 18-də açılışı olan zavod ötən illər ərzində səmərəli fəaliyyət göstərərək ölkəmizin qeyri-neft sektorunun və neft-kimya sənayesinin inkişafına, ixrac potensialının artırılmasına dəyərli töhfələr verir.

Xəbər lenti