Fevralın 17-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib.
Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.
İmtahanda 1 əcnəbi olmaqla 14 nəfər iştirak edib.
İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının 5 mart 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/