Logo

DİM 2 800-dək namizəd üçün dövlət qulluğu vəzifələri üzrə imtahan keçirib

18.02.2024 16:04 306 baxış
IMG

18 fevral 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 11 binada təşkil olunub. İmtahanın idarə olunması üçün 11 ümumi imtahan rəhbəri, 30 imtahan rəhbəri, 258 nəzarətçi, 39 buraxılış rejimi əməkdaşı ayrılıb.

Fevralın 19-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

Xəbər lenti