17, 18 fevral 2024-cü il tarixlərində RFO-nun informatika fənni üzrə yarımfinal turu keçirilib. Ümumilikdə 1290 nəfər şagird olimpiadada iştirak edir.
Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitundan məlumat verilib.
Bildirilib ki, informatika fənni üzrə yarımfinal turu Bakı şəhərində ADA Universiteti, Bakı Ali Neft Məktəbi (Bayıl korpusu), Bakı Mühəndislik Universiteti, İqtisad Universiteti, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Texniki Universitet, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter laboratoriyalarında və Naxçıvan Muxtar Respublikasında Naxçıvan STEAM mərkəzində keçirilir.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin rəhbərliyi olimpiadada iştirak edən şagirdlərə uğurlar arzulayıb. Görüşdə BANM rektoru Elmar Qasımov, ARTİ-nin direktor müavini Fuad Qarayev, ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin əməkdaşları və olimpiadada iştirak edən şagirdlər həmçinin valideynləri iştirak edib.
Nəzərinizə çatdıraq ki, RFO “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil olunur.