Logo

AzMİU tələbəsinin layihəsi startap şəhadətnaməsi alıb

19.02.2024 11:16 159 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Nigar Novruzzadənin “N’us Gallery” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) startap şəhadətnaməsi alıb.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, Memarlıq fakültəsinin 4-cü kurs tələbəsi Nigar Novruzzadə Azərbaycanda ilk dəfə olaraq incəsənət əsərlərinin satışı üçün onlayn platforma yaradıb. Onun layihəsi (https://nus.gallery/) ölkə bazarında alternativi olmayan innovativ incəsənət platformasıdır. Platforma rəssamları, dizaynerləri, eləcə də incəsənətlə məşğul olan insanları bir çətir altında toplamağı hədəfləyir. Təcrübəli, eləcə də gənc rəssamlar, dizaynerlər və sənətlə məşğul olan insanlar platforma vasitəsilə öz işlərini asanlıqla satışa çıxara bilərlər. Hazırda platforma 500-dən çox rəssamla əməkdaşlıq edir. İndiyədək platformaya 30-dan çox əsər yerləşdirilib. Hələlik platforma vasitəsilə satılan ən bahalı əsərin qiyməti 500 manat olub.

“N’us Gallery” Azərbaycan startap ekosisteminin nümunəsi kimi Rusiyada elektron qaydada keçirilən yarışmada 120 startap arasında "Orijinal ideya" nominasiyasına layiq görülüb. Layihə, eyni zamanda, Azərbaycanda 40 startap üzərində aparılan test mərhələsindən uğurla keçərək Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) proqramının iştirakçısı olub.

Xəbər lenti