Logo

ADU-da yaz semestrinin başlanması ilə əlaqədar görüş keçirilib

19.02.2024 12:23 230 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) yaz semestrinin başlanması və yeniliklərin tətbiq olunması ilə əlaqədar Tədris məsələləri üzrə prorektor dosent Kifayət Hacıyeva, tədris şöbəsinin müdiri ps.f.d. Şəfəq Şahməmmədova, Keyfiyyətin Təminatı və Monitorinq şöbəsinin müdiri dosent Vüsalə Ağabəyli, Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsinin müdiri fil.f.d. Fatma Qurbanzadə, Elektron qeydiyyat şöbəsinin müdiri Aygün Rüstəmzadənin iştirakı ilə müşavirə təşkil edilmişdir.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Görüş zamanı ADU-da cari semestr üçün tətbiq ediləcək yeniliklər müzakirə edilmiş, informasiyanın vaxtında mübadiləsi tövsiyə edilmişdir. 

Qeyd olunmuşdur ki, cari semestrdə artıq elektron jurnallar, hər bir müəllim və tələbə üçün elektron portal aktivdir. Bununla yanaşı, bildirilmişdir ki,  "midterm" və ya "kollokvium" qiymətləndirilməsi həm elektron jurnalda, həm də ənənəvi jurnalda yer alacaqdır. 

Görüşün sonunda müzakirə olunan bütün məsələlər üzrə aidiyyatı qurumlara, fakültələrə və tələbələrə məlumat verilməsi tövsiyə edilmişdir.

Xəbər lenti