Logo

VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsində ilk qızıl medal qazanılıb

19.02.2024 14:43 148 baxış
IMG

Rumıniyada onlayn formatda 13 ölkədən 135 şagirdin iştirak etdiyi VIII “InfO(1)Cup” proqramlaşdırma oimpiadasında məktəblilərimiz uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıblar.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüb.

İlk dəfədir ki, məktəblilərimiz sözügedən yarışda qızıl medal qazanır.

Qeyd edək ki, bu günədək məktəblilərimiz həmin müsabiqədən 3 gümüş və 3 bürünc medal qazanıblar.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir.

Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 59 medal əldə ediblər.

Xəbər lenti