Logo

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr olunub

20.02.2024 11:17 140 baxış
IMG

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr edilib.

Tehsil.biz xəbər verir ki, jurnalın bu nömrəsində maraqlı mövzular əksini tapıb. Belə ki, jurnalın rubrikalarında Cəlil Məmmədquluzadənin felyetonları, Alber Kamyunun Nobel nitqi, “Sənətçi və onun zəmanəsi” mühazirəsi və “Susqunluq” hekayəsi, Fyodor Dostoyevskinin “Böyük inkvizitor” hekayəsi, Fransisko de Kevedonun seçmə şeirləri, Çingiz Aytmatovun müsahibəsi və “Üz-üzə” povesti yer alıb. 

Bundan başqa, oxucular “Ceyms Coysun ən qəddar əsəri: “Uliss” yazısı, Tove Alsterdalın “Görüş” hekayəsi, Kamilo Xose Selanın miniatürləri, Mixail Bulqakovun “Zoykanın mənzili” pyesi, Andrey Platonovun “Çevenqur” romanının davamı və digər əsərlər ilə də tanış ola biləcəklər.

 

Xəbər lenti