Logo

Bu il peşə təhsil müəssisələrinin akkreditasiya meyarlarının təsdiqi nəzərdə tutulur

20.02.2024 11:55 196 baxış
IMG

"2024-cü ildə peşə təhsil müəssisələrinin akkreditasiya meyarlarının təsdiqi və 5 peşə təhsil müəssisəsinin akkreditasiya qiymətləndirilməsi nəzərdə tutulub".

Tehsil.biz xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, cari ildə 14 ali təhsil müəssisəsində ibtidai sinif müəllimliyi üzrə proqram akkreditasiyası aparılacaq:

"Həmin ali təhsil müəssisələri sırasında Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), ADPU-nun Şəki, Şamaxı, Cəlilabad, Ağcabədi və Quba filialları, Gəncə Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Qızlar Universiteti, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Slavyan Universiteti yer alır".

Xəbər lenti