Logo

"Ötən il 13 ali məktəbin akkreditasiyası həyata keçirilib"

20.02.2024 12:09 187 baxış
IMG

"2023-cü il üzrə 13 ali təhsil müəssisəsinin institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib".

Tehsil.biz xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, ötən il Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Bakı Dövlət Universitetinin Qazax filialı, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universiteti institusional akkreditasiya qiymətləndirilməsindən keçib:

Ötən il ərzində 2 peşə təhsili müəssisəsinin - Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot akkreditasiya qiymətləndirilməsi həyata keçirilib", - sədr qeyd edib.

Xəbər lenti