Logo

Kimyaçı alimlər antidiabetik dərman potensialına malik yeni nəsil ferment inhibitorları yaradıblar - FOTO

20.02.2024 14:25 200 baxış
IMG

Elm və Təhsil Nazirliyi akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri Türkiyədən olan həmkarları ilə beynəlxalq səviyyədə canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorlarının yaradılması istiqamətində elmi tədqiqat aparıblar. Tədqiqatın nəticəsi “Macromolecular Research” jurnalında araşdırma məqaləsi kimi dərc olunub. Q2 kateqoriyalı, impakt faktoru 2.4 olan “Macromolecular Research” jurnalı “Web of Science” bazasında arxivləşdirilən “Springer Nature” nəşriyyatında çap edilir.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, alimlər tiokarbamid və feniltikarbamidin funksional olaraq əvəz edilmiş törəmələrindən istifadə etməklə α-qlikozidaza, α-amilaza və AR fermentlərinə qarşı effektiv inhibə fəallığına malik yeni nəsil inhibitorlar yaradıblar. Bu birləşmələr antidiabetik dərman potensialına malikdir. Çünki onlar yuxarıda adları qeyd olunan fermentlərin selektiv inhibitorlarıdır.

Xəbər lenti