Logo

Dünyanın ən uzunboylu və qısaboylu iki adamı görüşüb

20.02.2024 15:27 166 baxış
IMG

Dünyanın ən uzunboylu adamı olan türkiyəli Sultan Kösen bazar ertəsi ABŞ-ın Kaliforniya ştatının İrvin şəhərində hazırda dünyanın ən qısaboylu qadını olan hindistanlı Cyoti Amge ilə görüşüb.

Tehsil.biz Anadolu agentliyinə istinadən xəbər verir ki, Kösenin boyu 2,51 metr, Amgeninki isə 62,8 santimetrdir. “Qulliver” filmindəki səhnəni xatırladan səhər yeməyindən sonra onlar xatirə şəkli çəkdiriblər.

Türkiyənin cənub-şərqindəki Mardin vilayətindən olan Kösen hindistanlı Amge ilə birlikdə amerikalı prodüserin dəvəti ilə təşkil edilən tədbirdə iştirak etmək üçün Los-Ancelesə gedəcək və orada keçirilən görüşlər lentə alınacaq.

İkili ilk dəfə 2018-ci ildə Misirin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Qahirədə görüşüb və Giza piramidalarını ziyarət ediblər.

Xəbər lenti