Logo

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları vebinarda iştirak ediblər - FOTO

20.02.2024 15:52 198 baxış
IMG

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi katibi Vəfa Atayeva və Ekoloji biofizika şöbəsinin elmi işçisi Ayşən Salmanova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Elsevier” şirkəti tərəfindən keçirilən “Scopus” və “ScienceDirect” elmmetrik bazalarında “Effektiv axtarış və təhlil üsulları” mövzusunda iki günlük vebinarda iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Vebinarın keçirilməsində əsas məqsəd “Scopus” və “ScienceDirect” bazalarından səmərəli istifadə yolları, profilə uyğun jurnalların, müəlliflərin, məqalələrin, istinadların seçilməsi, açar sözlərin doğru təyin edilərək axtarışların aparılması və s. kimi məsələlərin araşdırılmasında effektiv nəticənin əldə edilməsi olub.

Tədbirdə elmmetrik göstəricilərin axtarışı və təhlili üzrə iştirakçılara ətraflı məlumat verilib, vebinar iştirakçılarının sualları cavablandırılıb.

Sonda iştirakçılara sertifikat təqdim edilib.

Xəbər lenti