Logo

Akademik Şahin Mustafayev Özbəkistanın Ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb - FOTO

21.02.2024 10:06 147 baxış
IMG

Daşkənddə səfərdə olan Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Komiljon Kərimov ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, tərəflər Türk dünyasında təhsil və elm sahələrində inteqrasiya imkanlarını müzakirə edib, bu il üçün nəzərdə tutulan birgə tədbirlərin, Türk dünyasının böyük şəxsiyyətlərin yubileylərinin qeyd olunması kimi məsələlərə dair fikir mübadiləsi aparıblar.

Akademik Şahin Mustafayev ötən il Özbəkistanın elmi müəssisələri ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıb, hazırda özbək alimlərinin iştirakı ilə həyata keçirilən layihələr barədə K.Kərimova məlumat verib. Qeyd edib ki, Akademiyanın fəaliyyət dairəsinin genişləndirilməsi təşəbbüsü Astanada keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının 10-cu Zirvə Toplantısının qərarı ilə dəstəklənib və tətbiqi və texniki elmlər üzrə genişmiqyaslı görüşlərə start verilib.

Görüşdə əməkdaşlıq sahələrində əlaqələri gücləndirmək və prioritet istiqamətlər üzrə işçi qruplarının yaradılmasında fəal iştirak etmək barədə razılığa gəliblər.

Xəbər lenti