Logo

MEK-də Beynəlxalq Ana Dili Günü ilə bağlı sərgi keçirilir - FOTO

21.02.2024 10:23 161 baxış
IMG

21 Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə MEK-dən bildirilib.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin dil siyasəti, görkəmli şəxslərin ana dili haqqında fikirləri, Azərbaycan dilinin özünəməxsusluğunu, təbii dil xüsusiyyətlərini, tarixi zənginliyini, müasir təzahür formalarını əks etdirən dəyərli nəşrlər nümayiş etdirilir.

Nəşrlər sırasında “Heydər Əliyevin dil siyasəti”, “Dövlətçilik və dil”, “Ana dili milli varlığın təməli”, 3 cilddə “Azərbaycan dilçiliyi müntəxəbatı”, “Azərbaycan dilçiliyində Afad Qurbanov zirvəsi”, Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi Ağamusa Axundovun müəllifi olduğu “Dil və ədəbiyyat”, “Ümumi dilçilik”, “Müasir Azərbaycan dili. Sintaksis”, “Azərbaycan dilçiliyi: Sələflər və xələflər”, Buludxan Xəlilovun 2 cilddə “Müasir Azərbaycan dilinin morfologiyası”, “Müasir Azərbaycan dili”, Nizami Xudiyevin “Azərbaycan ədəbi dili tarixi”, Noam Xomskinin “Dil və təfəkkür”, Mübariz Yusifovun “Dahi şəxsiyyətin nitq fenomenliyi”, Əli Rza Xələflinin “Dilimiz-varlığımız” əsərləri, ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş dərsliklər və s. kitablar yer alır.

Sərgi iki həftə davam edəcək.

Xəbər lenti