Logo

Bakıda iki uşaq bağçasına elektron qeydiyyat başlayıb

23.02.2024 13:12 386 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki yeni istifadəyə verilmiş iki uşaq bağçasına elektron qeydiyyata start verilib.

Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən 348 nömrəli uşaq bağçası və Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 347 nömrəli körpələr evi-uşaq bağçasına uşaqların qəbulu prosesinə başlanılıb. Həmin ərazidə yaşayan valideynlər https://www.bq.edu.az qeydiyyat sistemində şəxsi kabinet yaradaraq övladlarını qeydiyyatdan keçirə və növbəyə yazıla bilərlər.

Qeyd edək ki, 348 nömrəli uşaq bağçasında 5 qrupun, 347 nömrəli körpələr evi-uşaq bağçasında isə 7 qrupun fəaliyyətə başlaması nəzərdə tutulur.

Xəbər lenti