Logo

“Şən Elf və cadugər” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində

24.02.2024 16:02 358 baxış
IMG

Fevralın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis nağıllarının motivləri əsasında hazırlanan “Şən Elf və cadugər” tamaşası yenidən nümayiş olunacaq.

Tehsil.biz xəbər verir ki, uşaqlar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanovadır.

Birhissəli nağıl-tamaşada əsas rolları Təhminə Məmmədova, Səbinə Məmmədzadə, Hökümə Rəhimzadə və Nurlan Süleymanlı ifa edəcək. Tamaşa uşaqlara saf hissləri, doğmalığı, dostluğu təbliğ edir.

Xəbər lenti