Logo

Alimlər 240 milyon illik heyrətamiz “əjdaha” fosili tapıblar

24.02.2024 17:17 180 baxış
IMG

Alimlər Çində qədim dəniz əjdahasının heyrətamiz qalıqlarını aşkar ediblər.

Tehsil.biz “Live science” saytına istinadla xəbər verir ki, 240 milyon illik fosil “Çin əjdahası” adlandırılan heyvana aiddir. Trias dövründə (eramızdan 252 milyon - 201 milyon il əvvəl) dayaz sularda yaşayan bu sürünən “Dinocephalosaurus orientalis” növünə aiddir.

Yeni tapıntı haqqında araşdırmaların nəticələri “Transactions of the Royal Society of Edinburgh” jurnalında dərc olunub. Fosil qədim dəniz “əjdahasına” dair bəzi detalları ortaya çıxarıb. Uzunluğu təxminən 2,3 metr olan qədim sürünənin boynu 32 fəqərədən ibarətdir.

“Ümid edirik ki, gələcək tədqiqatlar bu heyvan qrupunun təkamülü, xüsusən də uzun boynunu necə hərəkət etdirməsi haqqında daha çox məlumatlar verəcək”, - deyə araşdırmanın müəllifi, Ştutqart Dövlət Təbiət Tarixi Muzeyinin tədqiqatçısı Stephan Spiekman bildirib.

Xəbər lenti