Logo

Uran və Neptun planetləri ətrafında üç yeni peyk aşkarlanıb

24.02.2024 19:01 178 baxış
IMG

Astronomlar Neptun ətrafında iki, Uran ətrafında isə bir peyk kəşf ediblər. Beləliklə, planetlərin məlum peyklərinin sayı müvafiq olaraq 16-ya və 28-ə çatıb.

Tehsil.biz “Space com” saytına istinadən xəbər verir ki, yeni peyklərin kəşfi Beynəlxalq Astronomiya İttifaqının Günəş sistemindəki planetlərin, kometaların və peyklərin təyini üzrə məşğul olan Kiçik Planet Mərkəzi tərəfindən elan edilib.

Uranın yeni peyki müvəqqəti olaraq “S/2023 U1”, Neptunun yeni peyklər isə “S/2002 N5” və “S/2021 N1” adlandırılıb. Gələcəkdə Neptun peyklərinə Yunan mifologiyasındakı tanrı və pərilərin adları veriləcək.

Açıqlamada Uranın yeni peykinin ilk dəfə ötən ilin noyabrında Çilinin Magellan teleskopu vasitəsilə aşkar olunduğu bildirilib. Alimlər bir ay davam edən müşahidələrdən sonra tapıntını təsdiqləyiblər. Neptunun iki yeni peyki isə ilk dəfə 2021-ci ilin sentyabrında müşahidə edilib.

Hər üç peykin yumurta formalı orbiti onların öz planetləri ətrafında formalaşmadığı və sonradan cazibə qüvvəsi nəticəsində orbitə daxil olduğu ehtimalını artırır.

Xəbər lenti