Logo

BDU-da Ümumdünya Sağlamlıq Günü qeyd olunub

07.04.2021 12:52 489 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Geologiya fakültəsi və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə 7 Aprel - Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

 

Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev tədbiri giriş sözü ilə açaraq Ümumdünya Sağlamlıq Günü münasibətlə iştirakçıları təbrik edib. Bu əlamətdar günün COVID-19 pandemiyası ilə mübarizənin davam etdiyi bir dövrdə mühüm əhəmiyyət kəsb etdiyini, səhiyyə işçilərinin koronavirusla mübarizədə gərgin əməyinin olduğunu diqqətə çatdırıb.

 

Tədbirdə qonaq qismində çıxış edən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Günay Quluzadə Ümumdünya Sağlamlıq Gününün bütün dünyada qeyd edilməsindən danışıb, koronavirusa qarşı vaksinasiya prosesinin mahiyyəti, insan sağlamlığının qorunması üçün bunun vacib olduğunu qeyd edib.

 

BDU-nun Bilologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Mehnurə Rəhimova, neyrocərrah Tural Mustafayev koronavirus infeksiyası ilə mübarizədə tövsiyə olunan tələblərə əməl etməyin vacibliyini vurğulayıblar.

 

Tədbirin sonunda Geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov və Faydalı qazıntılar kafedrasının professoru Nazim İmamverdiyevin çıxışları dinlənilib.

Xəbər lenti