Logo

BDU “Orhun” mübadilə proqramı çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

26.02.2024 14:30 180 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında ali təhsil sahəsində əməkdaşlığı həyata keçirmək məqsədilə yaradılmış Türk Universitetləri Birliyinin üzvü olan universitetlər ilə “Orhun” mübadilə proqramı çərçivəsində əməkdaşlığa xüsusi önəm verir.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, həmin proqram çərçivəsində BDU-nun bir əməkdaşı Qırğızıstanın Türkiyə-Qırğızıstan Manas Universitetində təcrübə mübadiləsində iştirak edib. Hazırda BDU-nun Kimya fakültəsinin tələbəsi Aynur Fərazi Türkiyənin Ege Universitetində, Ege Universitetinin tələbəsi Hazal İşık isə BDU-da təhsilini davam etdirir.

2023/2024-cü tədris ilinin payız semestrində “Orhun” mübadilə proqramı çərçivəsində Türkiyə-Qırğızıstan Manas Universitetinin tələbəsi Nurdana Nurbek qızı və Qazaxıstanın Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinın tələbələri Madiyar Dauletkazy və Dilnaz Tulegenova BDU-da təhsillərini davam etdirib və proqramı uğurla başa vuraraq ölkələrinə geri dönüblər.

Qeyd edək ki, “Orhun” mübadilə proqramı TDT-yə üzv dövlətlərin ali təhsil sahəsində əməkdaşlığını həyata keçirmək məqsədilə yaradılmış Türk Universitetləri Birliyinin üzvləri arasında mübadilə proqramıdır. Proqram çərçivəsində bir semestr ərzində təhsil alan tələbələrin müəyyən xərclərinin tərəfdaş universitetlər tərəfindən qarşılanması nəzərdə tutulur.

Xəbər lenti