Logo

Sertifikatlaşdırma ilə bağlı növbəti görüş keçirilib - FOTO

26.02.2024 14:53 139 baxış
IMG

Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə növbəti üç rayon üzrə görüş keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Tehsil.biz"ə bildirilib ki, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə BŞTİ-nin müdir müavini Anar Məmmədov, İnsan resursları sektorunun müdiri Aygün Bayramova, Təlimə Dəstək Mərkəzinin psixoloqu Aysel Novruzova, Xəzər, Pirallahı və Sabunçu rayonları üzrə riyaziyyat, ingilis, rus, alman və fransız dili müəllimləri iştirak ediblər.

BŞTİ-nin müdir müavini Anar Məmmədov bildirib ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişafına xidmət edir.

Müdir müavini sertifikatlaşdırmanın nəticələrinin müəllimlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alındığını xatırladıb.

Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, imtahanın təşkili qaydaları barədə məlumat verilib.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti