Logo

“Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək

26.02.2024 15:06 170 baxış
IMG

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum gününün 101-ci ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla iki mərhələdə təşkil olunacaq.

İştirak etmək istəyənlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” xidməti vasitəsilə müraciət edə bilərlər.

Qeydiyyat martın 7-dək aparılacaq.

Qeydiyyatdan keçmiş şagirdlər müsabiqənin rayon (şəhər) mərhələsində iştirak üçün yerli təhsili idarəetmə orqanları tərəfindən dəvət ediləcəklər.

Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq şagirdlər nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.

Xəbər lenti