Logo

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan virtual sərgi hazırlanıb

26.02.2024 16:29 135 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan virtual sərgi hazırlayıb.

MEK-dən "Tehsil.biz"ə bildirilib ki, kitabxananın fondlarındakı nəşrlər əsasında hazırlanan sərgidə Xocalı soyqırımının dəhşətli və faciəli səhifələrini əks etdirən fotoşəkillər, müxtəlif dillərdə kitab və jurnallar nümayiş etdirilir. Burada “Xocalıya ədalət!”, “Xocalı soyqırımı”, “Azərbaycan faciələrinin təqvimi”, “Xocalı şahidləri danışır”, “Azərbaycanlıların soyqırımı. Tarixin qanlı salnaməsi”, “Soyqırımı tarixinin dastanı”, “Xocalı ensiklopediyası”, “Xocalı şəhidləri 613”, “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” IV beynəlxalq elmi konfransın materialları və digərləri yer alıb.

Qeyd edək ki, virtual sərgi ilə yanaşı, MEK-də Xocalı qurbanlarına həsr olunan ənənəvi sərgi də təşkil olunub.

Xəbər lenti