Logo

Universitetlərin Karyera Mərkəzlərinin fəaliyyətinin monitorinqinə başlanılıb

26.02.2024 17:28 193 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən universitetlərin Karyera Mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı yeni mexanizm formalaşdırılıb.

Agentliyin Strateji kommunikasiya departamentindən "Tehsil.biz"ə verilən məlumata görə, mexanizm özündə aktiv qiymətləndirmə, monitorinq və tövsiyə paketini birləşdirir.

Mexanizm ilkin olaraq Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera mərkəzlərində tətbiq edilib. Həmin universitetlərin Karyera mərkəzləri müvafiq mexanizmlə diaqnostikadan keçirilib və mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tövsiyə sənədi hazırlanıb. Məqsəd Karyera mərkəzlərinin fəaliyyətinin güclənməsi və çatışmazlıqların aradan qaldırılmasıdır.

Növbəti mərhələdə mexanizmin digər universitetlərin Karyera mərkəzlərində də tətbiqi və diaqnostikadan uğurla keçən universitetlərə agentlik tərəfindən rəsmi nişanlı sertifikasiya sənədinin təqdim edilməsi nəzərdə tutulub.

Xəbər lenti