Logo

“Yusif Səmədoğlunun həyatı və yaradıcılığı” monoqrafiyası çapdan çıxıb

26.02.2024 18:04 187 baxış
IMG

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi dosent Elnarə Qaragözovanın “Yusif Səmədoğlunun həyatı və yaradıcılığı” monoqrafiyası nəşr edilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Qeyd olunub ki, “Sənətkarın elmi pasportu seriyası”nın 48-ci nəşri olan kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap edilib. Kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmləri doktoru Vaqif Yusifli və filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovadır.

Monoqrafiya Azərbaycan ədəbiyyatının özünəməxsus imzalarından biri, Səməd Vurğun ocağının genetik və ədəbi davamçılarından olan Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr edilib. “Yusif Səmədoğlunun həyatı”, “Yusif Səmədoğlu yaradıcılığı və Azərbaycan nəsri”, “Yusif Səmədoğlunun hekayə yaradıcılığı”, “Yusif Səmədoğlunun romanlarında arxetipik məqamlar”, “Yusif Səmədoğlunun yaradıcılığı ədəbi tənqiddə” bölmələrindən ibarət monoqrafiya ədibin həyat və yaradıcılığına yeni baxışı özündə ehtiva edir.

Xəbər lenti