Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov, aparat rəhbəri Vəfadar Misirov Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.
Bildirilib ki, DİM-in rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzüb, faciə qurbanlarını ehtiramla yad ediblər.
.