Logo

Xarici dil fənnindən danışıq bloku üzrə imtahan verəcək şəxslərin NƏZƏRİNƏ

27.02.2024 13:24 171 baxış
IMG

Məlum olduğu kimi, danışıq bloku üzrə imtahan 4 mart 2024-cü il tarixində keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. 

İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər:

İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq. 

İştirakçılar kompüter proqramının “Demo” versiyası ilə aşağıdakı linkdən tanış ola bilərlər:

https://xaricidil.dim-webinar.info/

İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.

Xəbər lenti