Logo

BDU-da tədbir: “Yaşıl kimya” - FOTO

27.02.2024 14:43 195 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində “BDU könüllüləri” təşkilatının “Molecular Minds” və Bakı Ali Neft Məktəbinin (BANM) “Environmental Care” klublarının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl kimya” adlı tədbir keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edən Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini diqqətə çatdırıb. O bildirib ki, həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı həyata keçirilən layihələrdə gənclərin yaxından iştirakı təqdirəlayiqdir.

Daha sonra “Molecular Minds” və “Environmental Care” klublarının rəhbərləri Dəniz Seydəliyeva və Kərəm Məmmədzadə “Yaşıl kimya” termininin yaranması, əsas prinsipləri, onun ətraf mühit kimyası ilə oxşar və fərqli cəhətləri, ətraf mühitdə baş verən kimyəvi proseslər, antropogen təsirlər, ekoloji problemlərin həlli yolları və kimyəvi mübarizə üsulları barədə məlumat veriblər. Tədbirdə, həmçinin Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan olunmasından danışılıb, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə məruz qalmış zəngin meşələrin bərpa edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı müzakirələr aparılıb.

Xəbər lenti