Logo

“Maarifçi” tələbə-məzun təcrübə proqramının müsahibə mərhələsi başlanıb

27.02.2024 17:51 180 baxış
IMG

Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramının müsahibə mərhələsi başlanır.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, müsahibə onlayn formatda təşkil olunacaq və müvafiq link elektron poçt ünvanına göndəriləcək. Müsahibənin keçiriləcəyi tarix isə zəng vasitəsilə bildiriləcək.

Müsahibə “Microsoft Teams” platforması üzərindən keçiriləcək.

Qeyd edək ki, tələbələr, məzunlar üçün Elm və Təhsil Nazirliyi və qurumlarında təcrübə imkanları yaradan “Maarifçi” proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyət əsasında iştirakçıların sahəvi biliklərinin, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələrinə, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərilməsidir.

Xəbər lenti