Logo

AzTU universitet-məktəb əməkdaşlığını inkişaf etdirir - FOTO

27.02.2024 18:21 170 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) ilə orta məktəblər arasında əməkdaşlıq inkişaf etdirilir. Əməkdaşlıq çərçivəsində Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin müəllim və şagirdləri AzTU-ya səfər edib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub.

Sosial İnkişaf Mərkəzinin əməkdaşı Eyvaz Məhəmmədli universitetdə görülən işlər, həyata keçirilən yeniliklər barədə məlumat verib. Universitetin tarixi, fakültələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, laboratoriyalar, karyera imkanları və digər vacib məlumatlar da məktəblilərin diqqətinə çatdırılıb. Daha sonra qonaqlar AzTU-nun müasir laboratoriyaları və sinif otaqları ilə tanış olublar.

Xəbər lenti