Narkomaniya və onun fəsadlarının qarşısının alınması, yeniyetmə və gənclərin ağ ölümün zərərləri barədə məlumatlandırılması məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirmə işləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, bu istiqamətdə yeniyetmələrlə növbəti görüş Qax Peşə Liseyində keçirilib.
Görüşdə narkomaniyanın səbəb olduğu faciələrdən, ondan istifadə edən şəxslərin qarşılaşdıqları problemlərdən danışılıb. Daha sonra diskussiya şəklində davam edən tədbirdə suallar cavablandırılıb, iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib.