Logo

BANM İstanbulda beynəlxalq təhsil sərgisində təmsil olunub

27.02.2024 20:22 146 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) Türkiyənin İstanbul şəhərində keçirilən “StudyExpo” xaricdə təhsil sərgisində xüsusi stendlə təmsil olunub.

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, Bakı Ali Neft Məktəbinə aid məlumatların əks olunduğu çap materiallarının nümayiş etdirildiyi stenddə BANM-in Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova və Tədbirlərin və sərgilərin təşkili şöbəsinin rəisi Sahib Kazımov sərgi iştirakçılarına və ziyarətçilərə ali məktəb haqqında geniş məlumat verərək onların suallarını cavablandırıblar.

Üç mindən çox ziyarətçinin qatıldığı sərginin məqsədi dünyanın müxtəlif universitet və təhsil qurumlarını Türkiyə tələbə ictimaiyyəti arasında tanıtmaqdır.

Xəbər lenti