Logo

MEK nümayəndə heyəti Ankarada keçirilən vikiseminarda öz təcrübəsini bölüşüb - FOTO

27.02.2024 20:53 156 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru professor Məmməd Əliyev, Elektron resurslar şöbəsinin əməkdaşları Rövşən Məmmədli və Xəyalə Məmmədli Türkiyənin paytaxtı Ankarada ezamiyyətdə olublar.

MEK-dən "Tehsil.biz"ə bildirilib ki, “The British Institute at Ankara”nın dəvətilə baş tutan səfərdə Elektron resurslar şöbəsinin əməkdaşları vikipediyaçılarla birgə təlimlərə qoşularaq, burada təşkil olunan vikiseminarda öz təcrübələrini bölüşüblər. MEK əməkdaşları türkiyəli həmkarlarına kitabxananın “Vikipediya” istiqamətindəki metodik mərkəz kimi rolundan, elmi müəssisələrlə birgə sistemli fəaliyyətindən danışıblar. “Heydər Əliyev İli”nə MEK-in verdiyi töhfə diqqətə çatdırılıb və qeyd edilib ki, kitabxananın Elektron resurslar şöbəsi tərəfindən Ulu Öndərin 100 illiyi çərçivəsində 100-dən çox məqalə yaradılıb və əsaslı redaktə olunub.

Daha sonra MEK nümayəndə heyəti institutun iş şəraiti, elmi kitabxanası və fondları ilə tanış olub.

MEK əməkdaşları səfər çərçivəsində, həmçinin 134 dildə 4 milyondan artıq kitab və 120 milyon elektron nəşr kolleksiyası ilə Türkiyənin ən böyük kitabxanası sayılan Prezident Milli Kitabxanasının fəaliyyəti ilə tanışlıq imkanı əldə ediblər.

Xəbər lenti