Azərbaycan Texniki Universitetinin (AzTU) Təcrübə qrupunun rəhbəri Tuti Abdullayeva və HÜB 1887 İnkubasiya və Akselerasiya Mərkəzinin “3D texnologiya və elektronika” laboratoriyasının laborantı Mirsahib Ağazadə Türkiyədə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) “Robotik kodlama” və “Dron istehsalı” təlimlərində iştirak ediblər.
AzTU-dan "Tehsil.biz"ə verilən məlumata görə, CezeriFest çərçivəsində təşkil olunan təlimlər Ankara və İstanbul şəhrlərində keçirilib.
“DENEYAP” və “SAPMAZ” şirkətlərində keçirilən təlimlərdə fəal iştirak edən AzTU əməkdaşları mikrokontrollerlərin kodlanması və dronların tam yığılmasını öyrənərək sertifikat əldə ediblər.