Logo

Diyanət İşləri Başqanlığının nümayəndəsi İlahiyyat İnstitutda olub - FOTO

28.02.2024 10:51 221 baxış
IMG

Diyanət İşləri Başqanlığı Həcc və Ümrə Xidmətləri Baş İdarəsinin müdiri Rəmzi Bircan Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Aİİ rektoru, dosent Aqil Şirinov qonağa İnstitut haqqında geniş məlumat verib. Ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində təsis olunduğunu nəzərə çatdırıb. Rektor ali təhsil müəssisəsinin məqsəd və vəzifələri, hədəfləri, həyata keçirilən qəbul prosesi, tələbə kontingenti haqqında ətraflı bəhs edib. Aİİ-nin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini vurğulayıb.

İnstitutda təhsilin hər üç pilləsi üzrə tədris həyata keçirildiyini deyən A.Şirinov bildirib ki, bakalavr pilləsində “İslamşünaslıq” və “Dinşünaslıq” ixtisasları üzrə qəbul aparılır. Aİİ-də, həmçinin təhsilin tamamilə ödənişsiz olduğunu da nəzərə çatdırıb.

Diyanət İşləri Başqanlığı Həcc və Ümrə Xidmətləri Baş İdarəsinin müdiri Rəmzi Bircan təmsil etdiyi qurumun fəaliyyəti haqqında söhbət açıb. İnstitutda olmaqdan məmnunluğunu ifadə edən qonaq ali təhsil müəssisəsinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ikitərəfli əməkdaşlığa dair müzakirələr aparılıb.

Xəbər lenti